İsmayıllıda iki minik avtomobili toqquşub.
“İki sahil” xəbər verir ki, hadisə rayonun Uştal kənd ərazisində qeydə alınıb.
1982-ci il təvəllüdlü Mahmudov İsmayıl Rafiq oğlunun idarə etdiyi "Ford" markalı avtomaşınla 1969-cu il təvəllüdlü Nağıyev Elxan Hüseyn oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomaşın toqquşub.
Nəticədə "VAZ-2106" markalı avtomaşında sərnişin qismində olan Salmanova Yeganə Hüseyn qızı hadisə yerində ölüb.
Sürücü Nağıyev Elxan Hüseyn oğlu, sərnişinlər- Salmanov İlham Gülalı oğlu və Salmanov Şahmalı Qoşnalı oğlu müxtəlif bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.
Yasamal və Nərimanovun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib
Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib