Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Aytən Tarverdiyeva İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının (İƏT OA) Qadın Hüquqları üzrə Alt Komitəsinin ikinci iclasında iştirak edib.
“İki sahil” xəbər verir ki, İƏT-ə üzv dövlətlər arasında qadın hüquqları və genderə həssas idarəetmə sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə keçirilmiş iclasda çıxışı zamanı A.Tarverdiyeva qadınların hüquqlarının daha səmərəli müdafiəsi, onların iqtisadi imkanlarının genişləndirilməsi, bütün sahələrdə, xüsusilə də qərar qəbuletmə prosesində daha fəal iştirakının təmin edilməsi istiqamətində Azərbaycan Ombudsmanının fəaliyyəti haqqında məlumat verib.
Görüşdə, həmçinin digər ölkələrin müvafiq sahədə fəaliyyəti və müsbət təcrübələr barəsində fikir mübadiləsi aparılıb.
Yasamal və Nərimanovun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib
Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib