Bakı şəhəri 217 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi Asim Hüseynov “AsimChat” adlı mesajlaşma tətbiqi yaradıb.
“İki sahil” xəbər verir ki, android platforması üçün yaradılan tətbiq istifadəçilərə bir-biri ilə mesajlaşmaq, qruplar yaratmaq və şəkillər paylaşmaq imkanı verir. Layihə müasir kommunikasiya vasitələrinin əsas funksiyalarını özündə birləşdirərək istifadəçi rahatlığını təmin etməyə yönəlib.
A.Hüseynov layihənin hazırlanmasında Kotlin proqramlaşdırma dilindən istifadə edib. Tətbiqin hazırlanması prosesində müxtəlif texniki çətinliklərlə qarşılaşsa da, araşdırmalar apararaq onların öhdəsindən gəlməyi bacarıb.
“AsimChat” tətbiqi şagirdin innovativ düşüncə tərzinin, texnologiyalara marağının və öz üzərində davamlı işləməsinin nəticəsidir.
Gələcəkdə informasiya texnologiyaları sahəsində daha böyük layihələr həyata keçirməyi hədəfləyən Asim Hüseynov yeni texnoloji həllər üzərində çalışmağı və innovativ məhsullar yaratmağı qarşısına məqsəd qoyub.
Məktəblinin əldə etdiyi bu nailiyyəti yüksək qiymətləndirir və ona gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.
Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib
Ölkəmizin uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var
Sumqayıt və Abşeron sakinlərinin istilik təchizatı ilə bağlı müraciətləri dinləniləcək