18 avqust 2026 10:47
55

Expressbank rəqəmsal bankçılıqda müştəriyönümlü inkişafı prioritetləşdirir

Rəqəmsal platformaların inkişafı, xidmətlərin əlçatanlığının artırılması və yeni funksional həllər

Rəqəmsal transformasiya bank sektorunda yalnız texnoloji yenilənmə ilə məhdudlaşmır, eyni zamanda müştərilərin dəyişən gözləntilərinə uyğun daha sürətli, təhlükəsiz, çevik və əlçatan xidmət modelinin formalaşdırılmasını şərtləndirir. Bu baxımdan rəqəmsal bankçılığın inkişafı, onlayn xidmət kanallarının genişləndirilməsi və gündəlik bank əməliyyatlarının daha rahat həyata keçirilməsi bankların əsas prioritet istiqamətlərindən birinə çevrilir.

Expressbankın rəqəmsal bankçılığın inkişafı ilə bağlı əsas prioritetlərini, müştəri məmnuniyyətinin artırılması istiqamətində tətbiq etdiyi yenilikləri, eləcə də artan rəqəmsal tələbat fonunda yeni məhsul və xidmətlərin hazırlanmasına yanaşmasını öyrənmək məqsədilə banka bir sıra suallar ünvanladıq.

Sorğumuzda rəqəmsal bankçılıq platformalarının inkişafından tutmuş onlayn xidmətlərin funksionallığının artırılmasına, mobil bankçılıqda yeni imkanların yaradılmasından müştəri ehtiyaclarına uyğun məhsulların hazırlanmasına qədər bir sıra məsələlərə aydınlıq gətirilməsini istədik.

Sorğumuza cavab olaraq Expressbankdan bildirildi ki:

“Rəqəmsal transformasiya yalnız texnoloji yenilənmə deyil, eyni zamanda uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bizim əsas məqsədimiz müştərilərimizə daha sürətli, təhlükəsiz, çevik və əlçatan xidmətlər təqdim etməklə onların bank təcrübəsini davamlı şəkildə təkmilləşdirməkdir.

Bu istiqamətdə rəqəmsal bankçılıq platformalarımızın inkişafı, onlayn xidmət kanallarının funksionallığının artırılması və gündəlik bank əməliyyatlarının daha sadə və rahat formada həyata keçirilməsi üçün sistemli addımlar atırıq. Hazırda prioritet istiqamətlərimiz sırasında biznes müştərilərimiz üçün “Express Business” və fərdi müştərilərimiz üçün “Express 24” mobil tətbiqi, eləcə də, internet bankçılığı imkanlarının genişləndirilməsi xüsusi yer tutur. Bütün bu təşəbbüslərin əsasında dayanan əsas məqsəd bank xidmətlərini müştərilər üçün günün istənilən vaxtında daha əlçatan etmək, filialdan asılılığı azaltmaq, xidmət sürətini artırmaq və nəticə etibarilə daha çevik, müasir və müştəriyönümlü xidmət modeli formalaşdırmaqdır.

Müştəri məmnuniyyətini artırmaq məqsədilə rəqəmsal kanallarda istifadə rahatlığını, əməliyyat sürətini və xidmət əlçatanlığını artıran yeniliklər tətbiq edirik. Onlayn proseslərin sadələşdirilməsi, mobil təcrübənin təkmilləşdirilməsi və bir sıra xidmətlərin tam rəqəmsal formata keçirilməsi müştərilərimizin vaxtına qənaət etməyə və bank xidmətlərindən daha rahat istifadə etməsinə imkan yaradır.

Rəqəmsal bankçılıq xidmətlərinə artan maraq fonunda Expressbank məhsul və xidmətlərin hazırlanmasında müştəriyönümlü və çevik yanaşmaya üstünlük verir. Biz bazar tendensiyalarını mütəmadi təhlil edərək, yeni həlləri bu ehtiyaclara uyğun formalaşdırırıq. Məqsədimiz yalnız mövcud xidmətləri rəqəmsallaşdırmaq deyil, eyni zamanda müştərinin gündəlik maliyyə idarəçiliyini asanlaşdıran yeni funksional həllər təqdim etməkdir.

Hazırda əsas iş istiqamətləri sırasında rəqəmsal məhsullarının inkişafı, onlayn müraciət və təsdiq proseslərinin təkmilləşdirilməsi, mobil bankçılıqda yeni funksiyaların əlavə edilməsi yer alır. Bütün bu addımlar müştərilərin dəyişən gözləntilərinə daha operativ cavab verməyə və rəqəmsal bankçılıqda dayanıqlı inkişafı təmin etməyə xidmət edir”.