Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev gələn həftə və ya yaxın 10 gün ərzində respublikanın vitse-prezidentinin adını elan etmək niyyətində olduğunu bəyan edib.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Astanada parlament seçkisində səs verdikdən sonra jurnalistlərə açıqlamasında bildirib.
"Vitse-prezident postunu kimin tutacağı gələn həftə və ya 10 gün ərzində bəlli olacaq. İndi onun adını çəkmək vaxtından əvvəl olardı. Düşünürəm ki, bu, hamınızın yaxşı tanıdığı tanınmış bir şəxs olacaq", - deyə Tokayev qeyd edib.
Qazaxıstan liderinin mətbuat xidmətinin məlumatına görə, Tokayev vitse-prezident vəzifəsinin "indiki mürəkkəb dövrdə" respublika üçün xüsusilə vacib olduğunu vurğulayıb:
"Hər kəs vitse-prezident vəzifəsi ilə bağlı sual verir. Həqiqətən də bu, əhəmiyyətli dəyişiklikdir. Biz şüurlu şəkildə Konstitusiyada bu yeni vəzifəni təsis etdik", - deyə prezident əlavə edib.
Qeyd edək ki, vitse-prezident postu respublikanın yeni Konstitusiyasında nəzərdə tutulub. Vitse-prezident prezident tərəfindən təyin edilir, yeni birpalatalı parlamentin (Qurultay) deputatları isə namizədlik üzrə səs verməlidirlər.
Husilər aviaşirkətləri Səudiyyə Ərəbistanının hava məkanından yayınmağa çağırıblar
Meloni deepfeyklərlə mübarizə üçün səsini ticarət nişanı kimi qeydiyyatdan keçirir
Almaniya Hərbi Dəniz Qüvvələri Şimal dənizi sahilində ikinci baza yaratamaq istəyir