Beşqat "Qızıl top" sahibi, portuqaliyalı futbolçu Kriştiano Ronaldu möhtəşəm karyera qurub.
“İki sahil” xəbər verir ki, bu fikirləri dünya və Avropa çempionu, Fransa millisinin baş məşqçisi Zinəddin Zidan səsləndirib. "O, möhtəşəm karyerasına görə təqdir olunmağa layiqdir. Onunla işləmək mənə nəsib olub və o, çoxlu kuboklar qazanmağımda mənə kömək edib. Kriştianonun qarşısında papağımı çıxarıram", – deyə Zidan bildirib.
41 yaşlı Ronaldu UEFA Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu və UEFA Millətlər Liqasının ikiqat qalibidir. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində ən çox qol vuran futbolçu rekordlarına sahibdir.
Futbolçu 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir. Ronaldo karyerası ərzində Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" komandalarının da formasını geyinib.
Ronaldonun karyerasında ümumilikdə 979 qol var. Onlardan 146-sını Portuqaliya millisində, 833-nü isə klub səviyyəsində vurub.