İtaliyanın Riççone şəhərində keçirilən batut gimnastikası üzrə “5th Aere Trampoline Cup” beynəlxalq turnirində idmançılarımız növbəti medalları qazanıblar.
“İki sahil” xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından bildirilib ki, yarışda ölkəmizi təmsil edən Maqsud Maqsudov və Hüseyn Abbasov sinxron proqramda uğurla çıxış ediblər. Təmsilçilərimiz 52.470 xal toplayaraq turnirin bürünc medalına sahib olublar. Qeyd edək ki, oktyabrın 3-də başlayan beynəlxalq turnirə bu gün yekun vurulur.