Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı 5 oktyabr - Beynəlxalq Müəllim Günü ilə bağlı rayonun qazi müəllimləri ilə "Zəfər tariximizin müəllimləri" adlı tədbir keçirib.
“İki sahil” xəbər verir ki, tədbirdə xalqımızın Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz və xalqımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya giriş nitqi ilə rayonun bütün müəllim heyətini Beynəlxalq Müəllim Günü münasibətilə təbrik edib. Bildirib ki, ölkəmizdə müəllim əməyi hər zaman yüksək qiymətləndirilir. Ulu öndər Heydər Əliyev "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram", - deyərək bu peşənin sahiblərinə necə böyük hörmət bəslədiyini bildirib. Bugün uğurların, Zəfərlərin və nailiyyətlərin təməlində dayanan Ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin yol xəritəsinə çevrilən parlaq ideyalarının uğurla davam etdirilməsində müəllim ordusu böyük gücə malikdir. Faqət Şadlinskaya qeyd edib ki, müəllimlərimiz Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasında da öz sözünü ön cəbhədə deməyi bacaran qəhrəmanlar oldular. 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim Vətən müharibəsində silaha sarıldılar. Onlardan 20 nəfəri şəhidlik zirvəsinə ucaldı. Bütün xalqımız onların xatirəsini daim əziz tutur.
Tədbirdə qazi müəllim Ümman Baxşəliyev və şəhid Azər Şamilovun yoldaşı Səidə Babaşova göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib, hər zaman Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq olacaqlarını ifadə ediblər.
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya YAP- a yeni üzv olan müəllimlərə üzvlük vəsiqələri və qazi müəllimlərə hədiyyələr təqdim edib.
A.Quliyev: Bu gün artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb
BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb