ABŞ təkid edir ki, İranla istənilən razılaşma Tehranın nüvə silahına və nüvə proqramını inkişaf etdirmək imkanlarına malik olmadığını təmin etməlidir.
TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio bildirib.
Yunanıstanın xarici işlər nazirliyinin rəhbəri Yorqos Qerapetritis ilə birgə mətbuat konfransında çıxış edən Marko Rubio qeyd edib: "İran nüvə silahına sahib ola bilməz. Nöqtə. Nəyin məqbul, nəyin qeyri-məqbul olduğuna dair təfərrüatlara varmayacağam, lakin onların nüvə proqramı olmayacaq. Razılaşacaqları və ABŞ-nin məqbul hesab edəcəyi hər şey İranın nüvə silahına malik olmayacağını ehtiva etməlidir".