Avropa Parlamentinin (AP) bir sıra deputatları süni intellekt (Sİ) sahəsində işləyən şirkətlərin məsuliyyəti haqqında qanun layihəsinin müzakirəsini yenidən bərpa etməyə çağırıblar.
“İki sahil” xəbər verir ki, "Politico" nəşrinin məlumatına görə, 2022-ci ildən bəri müvafiq tənzimləmənin tətbiqini təklif edən Avropa Parlamentinin deputatı Aksel Voss olub.
"Mən bu gecikmiş etirafı alqışlayıram. Texnologiya sənayesi illər boyu iddia edirdi ki, məsuliyyət innovasiyalara mane olur. Hətta OpenAI rəhbəri də indi etiraf edir ki, məsuliyyət olmadan etimad ola bilməz. Bizdə Sİ-nin istifadəsini tənzimləyən Sİ Aktı var, lakin əgər modeldə qüsurlar varsa, o, qərəzlidirsə və ya zərər verirsə, kimin məsuliyyət daşımalı olduğu ilə bağlı dəqiq qaydalarımız yoxdur. Əgər süni intellekt modelinin yaradıcısı məsuliyyət daşımalı olduğunu etiraf edirsə, onda qanunvericinin də iddiaları bundan az olmamalıdır" - deyə, Voss bildirib.
Onu Aİ-nin Süni İntellekt Aktının həmmüəllifi Brando Benifey də dəstəkləyib. O, qabaqcıl modellərin və "yüksək təhlükəli sistemlərin" "ciddi hesabatlılıq" tələb etdiyini bildirib. Bir sıra digər parlamentarilərlə birlikdə o, "qanunvericilikdəki boşluqları doldurmağa" çağırır.