27 oktyabr 2026 13:23
158

Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

Qeyd edək ki, Sahib Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2011-ci ildə beynəlxalq hüquq ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.

2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2008-ci ilədək Fövqəladə Hallar Nazirliyində baş müstəntiq, 2008-ci ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində Əməliyyat-istintaq idarəsinin İstintaq şöbəsinin rəisi, Əməliyyat-istintaq idarəsinin rəisi və Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik baş idarəsinin rəisi vəzifələrində çalışıb. 2025-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb. 2025-ci ilin iyul ayından son təyinata qədər Sahib Rzayev Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsində işləyib.