24 fevral 2017 18:10
189

ABŞ-ın neft hasilatı 9 milyon barrelə çatıb

ABŞ-ın neft hasilatı 2016-cı ilin aprelindən indiyədək ilk dəfə gündəlik orta hesabla 9 milyon barrelə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 24 min barrel artımla 9 milyon barrelə yüksəlib. Bununla da, ölkənin neft istehsalı 46 həftədən sonra yenidən gündəlik orta hesabla 9 milyon barrelə çatıb.

Neftin qiymətinin ucuzlaşması ilə əlaqədar ABŞ-ın xam neft hasilatı 2015-ci ilin aprelində gündəlik orta hesabla 9,6 milyon barreldən 2016-cı ilin sentyabrında gündəlik orta hesabla 8,57 milyon barrelə qədər geriləmişdi.