24 fevral 2017 18:21
360

ABŞ-da həftəlik xam neft ehtiyatları 600 min barrel artıb

ABŞ-da xam neft ehtiyatları ötən hesabat həftəsində əvvəlki həftəyə görə gündəlik 600 min barrel (0,1 faiz) artaraq 518,7 milyon barrel olub.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bazar proqnozları isə ehtiyatların 3,5 milyon barrel artacağı istiqamətində idi.

ABŞ-da strateji neft ehtiyatları dəyişməyərək isə sözügedən həftədə də 695,1 milyon barrel təşkil edib.

Ölkənin xam neft idxalı isə keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 1,2 milyon barrel azalaraq 7,3 milyon barrel olub. Ölkənin həftəlik benzin ehtiyatları hesabat həftəsində 2,6 milyon barrel (1 faiz) azalaraq 256,4 milyon barrel təşkil edib. Bazar proqnozları isə ehtiyatların 0,9 milyon barrel azalacağı istiqamətində idi.