Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti Avropaya satdığı təbii qazın qiymətini bu il təxminən 10 faiz artıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. “Gazprom” Avropa qaz bazarındakı payını keçən il 2015-ci illə müqayisədə 3 faiz artıraraq 34 faizə çatdırıb.
Avropanın hələ də “Gazprom” üçün prioritet bazar olduğu vurğulanan açıqlamada şirkətin regiondakı bazar payının bu il də keçənilki səviyyədə qalacağının proqnozlaşdırıldığı bildirilir.
“Gazprom”un idarə heyətinin sədr müavini Aleksandr Medvedev isə bildirib ki, şirkətin Avropaya ixrac etdiyi hər min kubmetr təbii qazın qiyməti 2016-cı ildə orta hesabla 167 dollar olub.
Bu il isə təbii qazın qiymətinin min kubmetrinin təxminən 10 faiz artımla 190 dollara çatacağını bildirən A.Medvedev ötən il MDB-yə üzv olmayan ölkələrə rekord səviyyədə - 179,3 milyard kubmetr təbii qaz ixrac edildiyini xatırladıb.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb