2016-ci il oktyabrın 6-da SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi və “SOCAR-Polymer” MMC şirkəti arasında bağlanmış Kadr hazırlığı haqqında müqaviləyə əsasən yeni bir əməkdaşlığın əsası qoyulmuş və Sumqayıt Təlim Tədris Mərkəzində (STTM) 3 ixtisas üzrə 4 qrupda kurslar təşkil edilmişdir.
Bunlardan texnologiya sahəsi üzrə Aparatçı qrupunun dinləyiciləri artıq tədrisi başa vurmuş, təlim prosesində əldə etdikləri bilik və bacarıqların istehsalatda tətbiqinə başlamışlar. Bundan əlavə STTM-də hazırda nəzarət ölçü cihazları və avtomatika, texnologiya və energetika sahələri üzrə 3 qrupda “SOCAR-Polymer” əməkdaşlarının tədrisi davam etdirilir. Dinləyicilərə kurslarda ixtisas fənləri ilə yanaşı ünsiyyət səriştəliyinin və peşəkarlıqlarının artırılması məqsədilə 3 ay müddətinə texniki ingilis dili tədris olunmuşdur.
Bu günlərdə STTM-də bu qruplarda təhsil alan dinləyicilərin öz bilik və bacarıqlarını, o cümlədən, texniki ingilis dili sahəsində əldə etdikləri biliklərini nümayiş etdirilməsi məqsədilə tədbir keçirilmişdir. Tədbirdə TTSİ-nin rəisi Fuad Süleymanov, “SOCAR-Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov, “Paşa Holdinq”, “Gilan Holdinq”, “Azərsun Holdinq”-in və “Polymer Construction” nümayəndələri iştirak etmişlər. Tələbələrin təqdimatından sonra qonaqlar tədrisin keyfiyyətindən razılıqlarını bildirmiş, STTM kollektivinə və mərkəzdə təhsil alan “SOCAR-Polymer” MMC əməkdaşlarına müvəffəqiyyətlər arzulamışlar.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb