02 mart 2017 14:52
376

Neftimiz 57,5 dollardan baha satılır

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,30 dollar ucuzlaşaraq 53,53 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,29 dollar azalaraq 56,07 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,84 dollar bahalaşaraq 57,52 dollar təşkil edib.