02 mart 2017 19:38
433

69 çoxmərtəbəli binaya təbii qaz verilib

Cari ilin yanvar-fevral aylarında 69 çoxmərtəbəli binaya təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, birlik çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlər nəticəsində bu ilin yanvar-fevral ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 69 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə, 3 min 488 mənzili əhatə edir.

Ümumiyyətlə, “Azəriqaz” İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.