03 mart 2017 16:38
291

“Lukoil”un neft hasilatı 8,6 faiz azalıb

Rusiyanın ikinci böyük neft şirkəti olan “Lukoil”un neft hasilatı 2016-ci ildə 8,6 faiz azalıb.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Lukoil”un neft hasilatı ötən il 83,1 milyon tona enib. 2015-ci ildə isə bu göstərici 85,6 milyon ton olub. Şirkət 2016-ci ildə də 20,3 milyard kubmetr həcmində təbii qaz hasil edib.

Qeyd edilir ki, “Lukoil”un məhsul istehsalının həcmi Azərbaycan, Qazaxıstan və Özbəkistandakı layihələrin inkişafına müsbət təsir göstərib.