03 mart 2017 20:35
480

“Azəri-Çıraq-Günəşli” üzrə bu il ARDNF-ə 993 milyon dollar vəsait daxil olub

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il martın 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 123 milyard 102 milyon ABŞ dolları gəlir əldə edib.

ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-fevral aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 993 milyon dollar vəsait daxil olub.