03 mart 2017 21:43
508

İmişlinin daha iki kəndinə təbii qaz verilib

Martın 3-də İmişli rayonunun Çahar və Gövhərli kəndlərinə ilk dəfə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 265 abonenti olan Çahar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 min 185 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 19 min 673 metr müxtəlif diametrli metal borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, 265 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

173 abonenti olan Gövhərli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1242 metr müxtəlif diametrli polietilen, ümumi uzunluğu 11 min 779 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 173 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda İmişli rayonunun daha 5 kəndində - Qaravəlili, Mirili, Məzrəli, Xubyarlı və Çaxırlı kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.