04 mart 2017 18:36
442

“Baker Hughes”: ABŞ-dakı aktiv neft-qaz quyularının sayı 756-ya çatıb

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı ötən hesabat həftəsində 2 ədəd artaraq 756-ya çatıb.

AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ABŞ-da qazma qurğularının sayı da ardıcıl yeddi həftədir artaraq 609-a çatıb. Keçən həftə isə neft qurğuları altı ədəd artıb.

Hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə neft-qaz quyularının sayı 267 ədəd artıb.