“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Respublikanın yaşayış məntəqələrinə təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması istiqamətində geniş miqyaslı işlər görülür, 2017-cı ildə də qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işləri uğurla davam etdirilir.
“Azəriqaz”İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, martın 3-də və 6-da Beynəlxalq Qadınlar Günü bayramı ərəfəsində,Goranboy rayonunun Səmədabad,İmişli rayonunun Çahar və Gövhərli,Sabirabad rayonunun Qasımbəyli kəndlərinə ilk dəfə təbii qaz verilmişdir. 218 abonenti olan Goranboy rayonunun Səmədabad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23 830 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Hazırda Goranboy rayonunun daha 4 kəndində (Sarov, YəhərçiQazaxlar, Yolpaq və Goranlı kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir.Yaxın vaxtda tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
265 abonenti olan İmişli rayonunun Çahar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 21 858 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə 265 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
173 abonenti olan İmişli rayonunun Gövhərli kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 13 021 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı eləcə də məhəllədaxili qaz xətləri çəkilmiş,hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Hazırda İmişli rayonunun daha 5 kəndində (Qaravəlili, Mirili,Məzrəli, Xubyarlı və Çaxırlı kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
316 abonenti olan Sabirabad rayonunun Qasımbəyli kəndinin qazlaşdırılması üçün də birpilləli sistem əsasında ümumi uzunluğu 31 640 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə 316 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Hazırda Sabirabad rayonunun daha iki Yolçubəyli və Zəngənə kəndlərində tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
Kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb