''Qərbi Abşeron'' yatağında yeni horizontal quyu istismara verilmişdir
SOCAR-ın “Azneft” İstehsalat Birliyi ölkəmizdə neft-qaz hasilatının artırılması istiqamətində ən son texnika və texnologiyaların istifadəsini uğurla tətbiq edir.Bu günlərdə Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 30 nömrəli quyu horizontal qazmadan sonra istismara verilmişdir. Quyu Qirməki lay dəstəsindən elektrik dalma nasosu üsulu ilə məhsul vermiş, hazır süzgəclər endirilməklə 756,9-650,8 metr dərinlik intervalından sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ tərəfindən həyata keçirilir.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb