“Qaz İxrac” İdarəsində tədbir keçirilib

07 mart 2017 19:11
426

 “Qaz İxrac” İdarəsində 8 Mart – Beynəlxalq  Qadınlar Günü ilə bağlı tədbir keçirilmişdir

İdarənin rəisi Qağaməli Seyfllayev tədbiri açaraq idarənin xanım işçilərinin ünvanına səmimi  bayram təbriki söyləmişdir.

O, demişdir:

- Əziz xanımlar ! Azərbaycan qadını təkcə ana kimi ev qayğıları ilə məşğul olmur. Sizlər eyni zamanda iqtisadiyatımızın müxtəlif sahələrində çalışırsınız. Bizim idarəmizdə də öz layiqli zəhməti ilə nümunə göstərən qadınlarımız çoxdur. Siz qadın, ana adını həmişə uca tutursunuz. İşdə qazandığınız nailiyyətlər isə ölkə iqtisadiyyatı üçün bir töhfədir.

Sizə şəxsi həyatınızda möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayıram.

İdarənin digər rəhbər işçiləri də qadınları təbrik edərək ürək sözlərini söylədilər. Tədbirin sonunda qadınlara İdarənin rəhbərliyi  və Həmkarlar İttifaqı komitəsi adından hədiyyələr təqdim olundu.

Həzi Həsənli