“Azneft” İstehsalat Birliyinin Aparatında 8 mart - Beynəlxalq qadınlar günü münasibəti ilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən natiqlər “Azneft” İstehsalat Birliyində çalışan xanımları və bütün neftçi qadınları “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov, eləcə də kollektiv adından bayram münasibəti ilə səmimi qəlbdən təbrik edərək, onlara uzun ömür, möhkəm cansağlığı, ailə xoşbəxtliyi və işlərində müvəffəqiyyətlər arzulamışlar. Azərbaycan qadınlarının ölkə iqtisadiyyatının inkişafında, xüsusilə neft-qaz sənayesində fəal iştirak etdiklərini, Azərbaycanın sosial-iqtisadi inkişafı prosesində əvəzsiz rol oynadıqlarını vurğulamış, qadınlarımızın cəmiyyətdə yüksək mövqeyə yüksəldiklərini söyləmişlər.
“Azneft” İstehsalat Birliyinin rəhbərliyi tərəfindən qadın neftçilərin əməyinin yüksək qiymətləndirildiyini qeyd edilmişdir.
Tədbirin sonunda Birliyin qadın əməkdaşlarına bayram münasibəti ilə gül dəstələri və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb