“İki sahil” qəzeti “scmp.com” saytına istinadən xəbər verir ki, Çin “Bluewhale I” adlandırılmış, yenicə təqdim edilmiş ofşor neft kəşfiyyatı platformasının dünyanın ən iri və ən dərinsulu sahələrdə əməliyyatlar apara bilən platforması olduğunu iddia edir.
Qurğunun ümumi sahəsi bir futbol meydançasına bərabərdir, “ağıllı” sistem sayəsində qurğu dəniz yatağında 3658 metr dərinliyədək, yerin üst qatında isə 15240 metrədək qazıntı apara bilir.
“Bluewhale I” xüsusi olaraq, Cənubi Çin dənizində qazma işləri üçün nəzərdə tutulub, çünki orada istifadə edilməmiş neft yataqlarının dəniz səviyyəsindən 3000 metr aşağıda yerləşdiyi güman edilir.
Qurğunun hazırlanmasına 700 milyon dollardan artıq vəsait sərf edilib. Çəkisi 42 min tondur, hündürlüyü isə 37 mərtəbəli bina hündürlüyündədir.
“Bluewhale 1”-in ən böyük kəşfiyyat platforması olduğu iddia edilsə də, dünyada ən böyük hasilat platforması Rusiyanın “Saxalin-1” ofşor platformasıdır. Onun çəkisi 200 min tondur.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb