Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) könüllü qanvermə aksiyası artıq ənənə halını alıb. Növbəti qanvermə aksiyası SOCAR-ın «Neftqaztikinti» Trestinin inzibati binasında keçirildi. Qanvermə aksiyasında «Neftqaztikinti» Trestinin idarəetmə aparatının rəhbər və mühəndis-texniki işçiləri iştirak edirdilər. «Neftqaztikinti» Trestinin baş mühəndis-müdir müavini Elmirzə Adgözəlov, müdir müavini Rza Qibləliyev ilk olaraq qan verdilər.
Donorlara bildirildi ki, qanvermə aksiyasının keçirilməsində məqsəd talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaqdır. Qanvermə aksiyasında Trestin Sosial inkişaf şöbəsi də xüsusi fəallığı ilə seçilirdi.
Trestin ümumi məsələlər üzrə rəis müavini Hənif Qurbanov məlumat verdi ki, «Neftqaztikinti» Trestinin strukturlarının və idarəetmə aparatının əməkdaşları talassemiyadan əziyyət çəkən uşaqlar üçün könüllü qan veriblər. H.Qurbanov bildirdi ki, Dövlət Neft Şirkəti ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş «Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı» Dövlət Proqramının icrası ilə bağlı reallaşdırılan kampaniyalarda xüsusi fəallıq göstərir. SOCAR Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsünə qoşularaq hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım göstərilməsi üçün mühüm layihələr həyata keçirir. H.Qurbanov məlumat verdi ki, «Neftqaztikinti» Trestinin idarəetmə aparatının 40-a yaxın əməkdaşı talassemiyadan əziyyət çəkən uşaqlar üçün könüllü qan verib.
Trestin Maddi-texniki təchizat və marketinq şöbəsinin rəisi Rüfət Cəfərov, Komplektləşdirmə şöbəsinin rəisi Allahverdi Vəlizadə, Layihələrin idarə olunması şöbəsinin rəisi Yavər İbrahimov, mülkü müdafiə və hərbi səfərbərlik şöbəsinin rəisi Akif Vəliyev, Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Yaşar Tağıyev, İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəis müavini Vüqar Məmmədov, Keyfiyyətə Nəzarət Departamentinin rəis müavini Məzahir Aşirov, mühəndis İlham Ramazanov, mütəxəssislərdən İradə Bayramova, Arifə Ağayeva və qanverən digər əməkdaşlar bildirdilər ki, SOCAR-ın təşkil etdiyi qanvermə aksiyasının davamlı olaraq keçirilməsi təqdirəlayiq hadisədir.
Orxan Vahidoğlu, «İki sahil»
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb