“Günəşli” yatağındakı 310 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir
Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 8 saylı dərin dəniz özülündən 310 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir.
Quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 2732-2713 metr intervaldan sutkalıq 104 ton neft və 18500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb