Enerji nəhəngi “Royal Dutch Shell” şirkəti Kanadadakı neft səhmlərinin alqı-satqısından 7,25 milyard dollar xalis mənfəət əldə edib.
AZƏRTAC şirkətin saytına istinadla xəbər verir ki, “Royal Dutch Shell” Kanadada iki ayrı müqavilə imzalayıb. İlk müqavilə çərçivəsində şirkət Kanadadakı “Peace River Complex” və “Athabasca” neft layihələrində olan səhmlərinin hamısını və ölkənin Alberta əyalətindəki bəzi neft yataqlarındakı icarə müqavilələri satıb. Şirkət sözügedən səhmlərin hamısını “Kanada Təbii Ehtiyatlar Limited” adlı şirkətə 8,5 milyard dollar müqabilində satıb.
İkinci müqavilə çərçivəsində isə “Shell” “Kanada Təbii Ehtiyatlar Limited”lə birgə Kanadadakı “Marathon Oil Canada Corporation” adlı şirkəti alıb. Sözügedən alqı-satqı müqaviləsi çərçivəsində “Shell” 1,25 milyard dollar ödəyəcək.
Beləliklə, “Shell” Kanadadakı neft səhmlərindən 7,25 milyard dollar qazanc əldə edib.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb