14 mart 2017 15:43
274

“Səadan” yatağında yeni quyu istismara verilib

“Səadan” yatağında 1834 nömrəli quyu qazmadan sonra istismara verilmişdir.

Kompleks Qazma İşləri Tresti tərəfindən Qovundağ-Maykop Lay Dəstəsinə qazılmış quyu dərinlik nasosu üsulu ilə məhsul vermiş, 1400-735 metr intervaldan sutkalıq 6 ton neft hasilatı ilə istismar fonduna qəbul olunmuşdur. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.