SOCAR-AQŞ “Qərbi Abşeron” yatağındakı 20 nömrəli stasionar dəniz özülündən 31 nömrəli quyunun tikintisi işlərinə start verib.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, layihə dərinliyi 850 metr olan 31 nömrəli quyuda artıq qazma işlərinə başlanılıb. Quyunun qirməki dəsti-3 (QD-3) horizontuna qazılması planlaşdırılır. Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
Müəssisə bu və növbəti quyuları Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb