Bu ilin fevralında SOCAR üzrə xam neft hasilatı 576,2 min ton olub. Ötən ay Azərbaycanda isə ümumilikdə 2 milyon 975,7 min ton neft hasil edilib.
Bu barədə AZƏRTAC-a SOCAR-dan məlumat verilib. Cari ilin yanvarında isə SOCAR üzrə xam neft hasilatı 645,1 min ton, Azərbaycanda isə ümumilikdə 3 milyon 367,5 min ton təşkil edib.
Qeyd edək ki, 2016-cı ildə SOCAR üzrə neft hasilatı 7 milyon 522,4 min ton, ölkə üzrə isə ümumilikdə 41 milyon 34,5 min ton olub.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb