15 mart 2017 21:07
687

“Bərpaolunan enerji: çağırışlar və perspektivlər”

BANM-də “Bərpaolunan enerji: çağırışlar və perspektivlər” mövzusunda növbəti seminar keçirilmişdir

Bakı Ali Neft Məktəbində “Bərpaolunan enerji: çağırışlar və perspektivlər” mövzusunda növbəti seminar keçirilmişdir.Seminarda dövlət orqanlarının, AMEA institutlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, müstəqil ekspertlər, eləcə də BANM-in professor-müəllim heyəti və tələbələri iştirak etmişlər. 

İclasda “Provitaz MMC” şirkətinin CEO təsisçisi Knut-Erlend Rosvoldun “Azərbaycanda bərpaolunan enerji biznesi: çağırışlar və imkanlar” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəci günəş enerjisi sistemlərinin bu gün Azərbaycanda insanlar və biznes üçün ən sərfəli mənbə olduğunu qeyd etmiş, onun üstün cəhətlərindən və istifadə yollarından bəhs etmişdir. “Provitaz MMC” şirkətinin baş sistem mühəndisi İngvar Andreassen Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində ortaya çıxan problemlər və onların həlli yollarından, “Provitaz MMC” şirkətinin bu istiqamətdə həyata keçirdiyi proqramlardan danışmışdır. 

Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.