“Azneft” İstehsalat Birliyində ilin ən yaxşılarının mükafatlandırılması mərasimi keçirilmişdir.Tədbirdə SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov, SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəisi Rüfət Səfərov, kollektiv nümayəndələri iştirak etmişdir.
Mərasimi giriş sözü ilə açan Birliyin Baş direktoru Daşqın İskəndərov 2016-cı ilin ən yaxşı işçilərinin həvəsləndirilməsi məqsədilə keçirilmiş müsabiqənin əhəmiyyətindən danışmış, qalibləri təbrik etmiş, onlara gələcək faəliyyətlərində uğurlar arzulamışdır. Bildirilmişdir ki, Birliyin Strateji inkişaf və korporativ idarəetmə şöbəsinin rəis müavini Ülviyyə Quluzadənin sədrliyi ilə keçirilən müsabiqə işçi heyətin qiymətləndirilməsi və motivasiyasının artırılması məqsədi daşımışdır. SOCAR-ın vitse-prezidentləri Yaşar Lətifov və Bəhram Hüseynov çıxış edərək qalibləri təbrik etmiş, 2017-ci ildə Birliyin əməksevər kollektivinə daha böyük uğurlar arzulamışlar.
Sonda illik əmək göstəriciləri, nümunəvi nizam-intizamı, işgüzarlığı ilə fərqlənənlərə “ilin ən yaxşı işçisi”, “ilin ən yaxşı müəssisəsi”, “ilin ən yaxşı rəhbər işçisi” və başqa nominasiyalar üzrə hədiyyələr və fəxri diplomlar təqdim olunmuşdur. Hasilat dayanıqlılığının təmin edilməsi və artırılmasına, işlərin təhlükəsiz, ekoloji baxımından düzgün həyata keçirildiyinə, əməliyyatların vaxtında və nöqsansız icra edildiyinə görə, “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi “İlin ən yaxşı müəssisəsi” seçilmişdir.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb