17 mart 2017 22:41
726

Ekologiya İdarəsində seminar keçirilib

Martın 17-də SOCAR-ın struktur bölmələri, əməliyyat şirkətləri və birgə müəssisələrində “Tərkibində polixlorbifenil birləşmələr olan yağların idarə edilməsi üzrə Fəaliyyət Planı”nın icrasına dair treninq-seminar keçirilmişdir.

Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, energetika və ekologiya sahəsində çalışan mütəxəssislər iştirak etmişdir. Tədbirdə SOCAR-da təsdiq edilmiş Fəaliyyət Planının icrası ilə əlaqədar, BMT-nin “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyası, davamlı üzvi çirkləndiricilər və onların ətraf mühitə, insan sağlamlığına mənfi təsirləri, elektrik avadanlıqlarında aşkar olunan polixlorbifenil maddələrin idarə olunması haqqında seminar iştirakçılarına məlumat verilmiş, ETSN və AMEA nümayəndələrinin, SOCAR-ın Ekologiya İdarəsi mütəxəssislərinin hazırladıqları prezentasiyalar təqdim edilmişdir.

Seminarın sonunda Fəaliyyət Planının icrası istiqamətində görüləcək tədbirlər haqqında fikir mübadiləsi aparılmışdır.