Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində yaxın günlərdə yeni məktəb, kənd və xidmət mərkəzlərinin tikintisinə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, yeni məktəb binasının tikiləcəyi yer artıq hazır vəziyyətə gətirilir. 420 yerlik məktəb binası üçmərtəbəli olacaq. Burda şagirdlərin hərtərəfli bilik alması üçün lazımi şərait yaradılacaq.
Kənddə ikimərtəbəli kənd mərkəzi və yeni xidmət mərkəzinin tikintisi ilə yanaşı, kənddaxili yollar da asfaltlanacaq.
Qeyd edək ki, ötən il Qaraxanbəyli kəndində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib, sakinlər ekoloji təmiz və dayanıqlı içməli su ilə təmin olunublar.