04 dekabr 2018 20:59
2838

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. 

Bu barədə “Report”a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 94-cü km-də yerləşən yeraltı piyada keçidinin sağ yarım hissəsində deformasiyaya uğramış aşırım tirlərinin dəyişdirilməsi məqsədilə avtomobil yolunun sözügedən hissəsində 2018-ci il dekabrın 5-dən tarixindən etibarən 1 ay müddətinə nəqliyyat vasitələrinin hərəkəti işlərin aparılmasından asılı olaraq hissə-hissə qismən məhdudlaşdırılaraq: “Belə ki, hərəkət tam dayandırılmayacaq. Sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarına riayət etmələri, aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir”,- deyə məlumatda qeyd edilib.