23 noyabr 2018 17:43
3445

Tikinti-quraşdırma işlərinin istehsalçı qiymətləri ucuzlaşıb

2018-ci ilin III rübündə yerüstü tikililər üzrə qiymətlər 0,3 faiz ucuzlaşıb, yol və körpü tikintisi üzrə qiymətlər isə 0,6 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumilikdə tikintidə (tikinti-quraşdırma işlərində) istehsalçı qiymətlərində əvvəlki rüblə müqayisədə 0,2 faiz ucuzlaşma müşahidə edilib.