28 mart 2017 14:35
256

Kanada şirkəti növbəti uğursuzluqla üzləşib

Kanadanın  “Husky Energy” nəhəng enerji şirkəti keçən həftə  Alberta əyalətinin  cənub-qərbində yerləşən boru xəttində yaranan sızma nəticəsində 25000 litr  xam neftin  sızaraq ətrafa yayıldığını elan edib.

Şirkətin sözçüsü Mel Duvalın “Canadian Press”ə  verdiyi müsahibədə “Cox Hill” körfəzinin  çirklənmədən təmizləndiyini bildirib. O, həmçinin sızmanın yayıldığı  ərazidə qaya parçalarının olduğunu və təmizləmə işlərinin çətinliklə həyata keçirildiyini vurğulayıb. 

“İki sahil” cbc.ca saytına istinadən xəbər verir ki, sızmanın  baş verdiyi ərazi ekskursiya, düşərgə və gəzinti  üçün nəzərdə tutulan ən məşhur məkanlardan biri hesab olunur.

Duval təmizləmə işlərinin bir neçə günə  yekunlaşacağını və təmir işlərinə başlanılacağını bildirib. Eyni zamanda bəyan edib ki, şirkət hadisənin səbəbini araşdırır.

Qeyd edək ki,ən son belə bir hadisə ilə şirkət keçən ilin iyul ayında üzləşmişdi, o zaman 225000 litr yüngül neft sızaraq Saskatçevan ərazisini çirkləndirmişdi.