“Bridger” boru xətti şirkəti “Montana Department of Environmental Quality” təşkilatı tərəfindən Glendive şəhərində və Yellowstone çayında baş verən neft sızmasına görə 1 milyon dollar dəyərində cərimələnib.
Cərimənin tətbiqi keçən həftə ictimaiyyətə elan olunub.
“İki sahil” willistonherald.com saytına istinadən xəbər verir ki, cərimənin ödənilməsi iki hissəyə bölünüb. Belə ki, nəzərdə tutulan cərimənin 200 min dolları dövlətin əsas fonunda keçiriləcək, qalan 800 min dollar isə ətraf mühitin mühafizəsi layihələrinə, çirklənmənin azalmasına və ictimai məsələlərə sərf olunacaq.
“True Companies” şirkətinin sözçüsü Wendy Owenin verdiyi məlumata görə, şirkət sonuncu məsələlərin həlli üzərində işləyir və Şimali Dakotada yerləşən “Ash” körfəzində baş verən sızmanın qarşısını almaq üçün bütün məsuliyyəti öz üzərinə götürüb.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb