Lüksemburqdakı Avropa Məhkəməsi Avropa İttifaqı tərəfindən bir sıra Rusiya şirkətlərinə qarşı qəbul edilmiş sanksiyaların qanuni olduğuna dair qərar verib.
Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.
Beləliklə, Aİ-nin Ali Məhkəməsi sanksiyaların tətbiqinin qurumun daxili qanunvericiliyinə zidd olduğunu iddia edən Rusiyanın "Rosneft" şirkətinin müraciətini rədd edib.
Ümumiyyətlə, analoji iddia ilə çıxış edən Rusiya şirkətləri arasında "Sberbank", "Vneşekonombank" və VTB bankları, "Qazprom"un neft bölməsi olan "Qazprom neft" də olub.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb