“Günəşli” yatağında aparılan ardıcıl təmir işləri yüksək nəticə verib
“Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədi ilə fəaliyyətsiz fondda olan quyuların təmiri üzrə ardıcıl tədbirlər həyata keçirir.
“Günəşli” yatağında da quyu fondunun genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Yataqda iki həftə ərzində 19 saylı dərin dəniz özülündə 28 nömrəli quyu, 8 saylı dərin dəniz özülündə 288 nömrəli quyu, 13 saylı dərin dəniz özülündə isə 352 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir. Quyular ümumilikdə sutkalıq 150 ton neft və 100 000 kubmetr qaz hasilatı ilə istismara daxil edilmişlər.
İstismar işləri Birliyin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb