31 Mart - 1 Aprel tarixlərində hava şəraitinin kəskin pisləşəcəyi, açıq dənizdə arabir 35-38 m/s-dək küləyin olması gözlənilir.
Fırtına ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə, Azneft İB-nin bütün işçilərinə təlimatlar verilib. Qəza və fəsadların baş verməməsi üçün növbədə olan zəruri işçilərdən başqa, bütün həmkarlarımız estakada və neft-qaz yığım məntəqələrindən təxliyyə edilib. Birliyin struktur təşkilatlarında həmin günlərdə növbətçilik təşkil olunub.
Bundan əlavə, dəniz neft-qazçıxarma obyektlərində işçilərin gediş-gəlişi məhdudlaşdırılıb, qaldırıcı qurğular təhlükəsiz vəziyyətə gətirilərək, işləri dayandırılıb, kəskin hava şəraitində təhlükə yarada bilən işlərin görülməsi qadağan edilib.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb