«Azərikimy”a» İstehsalat Birliyinin Etilen-polietilen zavodunun Buxar və elektrik enerjisi istehsalı sahəsində (Buxar Generator Kompleksi) həyata keçirilən modernizasiya layihəsi çərçivəsində İsveçrənin "ABB Global Marketing FZ-LLC" şirkətinin Azərbaycandakı nümayəndəliyinin aparıcı mütəxəssisləri Artur Şetko və Petro Kolcanov tərəfindən müəssisənin bir qrup əməkdaşına təlim keçilib.
İki mərhələni əhatə edən təlimin birinci mərhələsində elektrik xidmət sahəsinin əməkdaşlarına rele mühafizə sistemləri haqqında, ikinci mərhələdə isə NÖC və A xidmət sahəsinin işçilərinə SCADA sisteminin nəzəriyyəsi ilə bağlı geniş məlumat verilib. Təlimdə əsas məqsəd ABB şirkətinin məhsullarının istismarı qaydalarına dərindən yiyələnmək, həm enerji, həm də texnoloji proseslərdə tətbiq olunan SKADA (Supervisory Control And Data Acquisition) sistemi haqqındakı biliklərin təkmilləşdirilməsindən ibarət idi. Təlim boyu ortaya çıxan suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
Qeyd edək ki, «ABB» şirkətinin istehsalı olan müxtəlif avadanlıqlar – relelər, açarlar, maqnit buraxıcıları, paylayıcı şkaflar və s. hazırda Birliyin Etilen-polietilen zavodunun əsas etibarilə Buxar Generator Kompleksi olmaqla, müxtəlif istehsal sahələrində problemsiz istismar olunmaqdadır. Bir ədəd sürət tənzimləyici isə pilot layihə kimi «EP-300» istehsalatında artıq iki ildir ki, normal istismar olunur.
Orxan Vahidoğlu, «İki sahil»
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb