2017-ci ilin mart ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 17029 metr qazma işi həyata keçirilmişdir.
Bu sahədə görülmüş işlərin 14825 metri istismara, 2204 metri isə kəşfiyyata aid olmuşdur. Ümumiyyətlə, 2017-ci ilin yanvar-mart aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 35613 metr qazma işi görülmüşdür ki, bunun da 33409 metri istismara, qalanı isə kəşfiyyata aid olmuşdur.
2017-ci ilin mart ayında qazmadan alınmış 4, il ərzində isə 17 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilmişdir.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb