Yaxın 5 il üçün qlobal bazarda xam neftin qiyməti üzrə proqnoz aşağı salınıb. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, İngiltərədə yerləşən beynəlxalq müstəqil qiymətləndirmə və araşdırma agentliyi - "Argus" şirkəti bununla bağlı hesabat hazırlayıb.
Şirkətin Neft-kimya Departamentinin vitse-prezidenti Deyv Makkaskil (Dave McCaskill) bildirib ki, "Argus" daha öncə neft qiymətlərinin yaxın 5 ildə 75 dollar/barelə qədər yüksələ biləcəyini proqnozlaşdırsa da, yeni hesabatda maksimal proqnoz 20% azaldılaraq 60 dollar/barelə salınıb.
ABŞ-da şist neft hasilatının gözlənildiyindən tez sabitləşməsi qiymət proqnozunun azaldılmasına səbəb olub. Moskvada keçirilən "Rusiya və MDB qazının monetləşməsi" adlı konfransda çıxış edən D.Makkaskil bildirib ki, ABŞ-dakı neft hasilatçıları 35-40 dollar/barel maya dəyəri ilə neft hasil etməyə müvəffəq olub: "Hazırda neft bazarındakı çətin şəraitə baxmayaraq, onlar hasilatı artırır. Bu artım düşündüyümüzdən daha yüksək səviyyədə baş verir".
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb