05 aprel 2017 14:17
431

İtaliyanın “Eni” şirkəti uğursuzluqla üzləşib

İtaliyanın nəhəng “Eni” neft və qaz şirkəti Barent dənizində qazma işlərini yekunlaşdırıb. Şirkətin apardığı qazma işləri  uğursuzluqla nəticələnib. 

“İki sahil” “oedigital.com” saytına istinadən xəbər verir ki,  qazma işlərinin aparıldığı “Bone” quyusu  “Scarabe 8”  yarımdalma qazma qurğusu vasitəsilə suyun 3501 metr dərinliyində qazılıb. “Bone” quyusu  Hammerfest əyalətinin  320 km  şimal-qərbində  qazılıb. “Fareo Petroleum” şirkətinin icraçı sədri Qraham Stevartın  verdiyi məlumata görə, şirkətin qazma işləri apardığı  Barent dənizində qazılan “Bone” quyusunda karbohidrogen təzahürlərinə rast gəlinməyib və tez bir müddətdə quyu tərk olunub.

Qeyd edək ki, “Eni” şirkəti 2017-ci il qazma proqramına başlayıb və  yüksək gəlir  əldə edəcəyi əraziləri hədəfə alıb.