Mart ayında Ceyhan limanından 1,7 milyon tondan artıq neft dünya bazarlarına çıxarılmışdır
2017-ci ilin mart ayı ərzində 1 milyon 731 min 455 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır.(Bu həcmin 1 milyon 94 min 695 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Cari ilin yanvar-mart aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 5 milyon 863 min 177 ton təşkil etmişdir. Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il aprel ayının 1-ə qədər Ceyhan limanından 325 milyon 697 min 776 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb