06 aprel 2017 17:55
299

Səudiyyə Ərəbistanı Avropa üçün neftin qiymətini endirib

Səudiyyə Ərəbistanı Rusiyanın əsas satıcı olduğu Avropa regionu üçün neftin satış qiymətini aşağı salıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, endirimin miqdarı 0,30-0,45 dollar/barel təşkil edib. Əksinə, S.Ərəbistanı asiyalı müştərilərə satdığı "Arab Light" markalı neftin qiymətini 0,3 dollar/barel artırıb. Həmçinin, ABŞ, Şimal-Qərbi Avropa, Aralıq dənizi regionu ölkələrinə satışın qiyməti artırılıb.

Qeyd edək ki, Ər-Riyad 2016-cı ildə Avropa regionuna 42,5 mln. ton neft, qaz və neft məhsulları sataraq keçmiş SSRİ respublikaları, Norveç və İraqdan sonra 4-cü olub.

"Emirates NBD" şirkətinin analitiki Edvard Bel (Edward Bell) hesab edir ki, Avropa bazarında neftə tələbat artır: "Səudiyyə Ərəbistanı bu bazarda Rusiyadan bir qədər pay almağa çalışır".