07 aprel 2017 16:30
373

Yüksək təzyiqli polietilen “Sankt-Peterburq” birjasında satışa çıxarılıb

“Azərikimya” İB-nin istehsal etdiyi yüksək təzyiqli polietilen “Sankt-Peterburq” birjasında satışa çıxarılmışdır

Cari ilin aprel ayından etibarən “Azərikimya” İstehsalat Birliyinin istehsalı olan 15803-020 markalı yüksək təzyiqli polietilen “Sankt-Peterburq” SC birjasında satışa çıxarılmışdır.Satış məhsulun “Noginsk anbar kompleksi” QSC anbarından alıcının avtonəqliyyat vasitəsi ilə çıxarılması şərti ilə həyata keçirilir. 

15803-020 markalı yüksək təzyiqli polietilen texniki təyinatlı məmulatların, ərzaq məhsulları ilə təmasda olan məmulatların, oyuncaqların, örtük materiallarının istehsalında, tibb sahəsində, o cümlədən dərman preparatlarının qablaşdırılmasında, habelə kənd təsərrüfatında tətbiq olunur.